Azərbaycan Mərkəzi Bankı hazırda valyuta alqı-satqısı üzrə mövcud qaydaların dəyişdirilməsini nəzərdə tutmur.
GDP xəbər verir ki, bunu AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov oktyabrın 29-da keçirilən mətbuat konfransında deyib.
“Hazırda yumşaltmaq və ya dəyişdirmək fikrimiz yoxdur”, – deyə AMB sədri bildirib.
Onun sözlərinə görə, valyuta əməliyyatları zamanı sənədlərin tələb edilməsi vəsaitin mənbəyinin müəyyənləşdirilməsi və çirkli pulların yuyulmasına qarşı nəzarətlə bağlıdır.
Taleh Kazımov konkret çətinliklər və təkliflər təqdim olunarsa, Mərkəzi Bankın onları nəzərdən keçirməyə hazır olduğunu vurğulayıb.

