1997 və 2012-ci illər arasında doğulan “zoomer”lər aktiv iş kütləsinə çevrilirlər. Artıq demək olar ki, dünyanın hər yerində “baby boomer”ləri keçiblər. Analitiklərin təəccübünə səbəb olaraq, bu həyat mərhələsində “zoomer”lər tarixdə ən varlı nəsil hesab olunurlar. Nə “millennial”lar, nə də “baby boomer”lər onların yaşında bu qədər pul qazanmışdılar. Bu əsasa dayanaraq, analitiklər zoomerlərin mütləq mənada ən varlı nəsil olacaqlarını proqnozlaşdırırlar.
“Zoomer”lərin digər fərqli xüsusiyyəti onların investisiya vərdişləridir. “Millenniallar”la birlikdə onlar ənənəvi banklar əvəzinə ayaqqabı, zinət əşyaları, şərab və hətta Lego kimi maddi əşyalara investisiya edirlər. Bu, Bank of America-da narahatlıq yaradıb. Gələcək nəsil istiqrazlar və səhm bazarlarına cəlb olunmasa, Wall Street-in istismar edəcəyi heç nə olmayacaq və iqtisadiyyatlar risk altında qala bilər.