Xəzər dənizinin Qazaxıstan sektorunda yerləşən Böyük Jambil sahəsi üzrə Türkiyənin dövlət neft şirkəti Turkish Petroleum Corporation (TPAO) texniki-iqtisadi qiymətləndirmə aparır.
GDP xəbər verir ki, işlər 2025-ci ilin iyulunda KazMunayQaz ilə TPAO arasında geoloji kəşfiyyat və yataqların işlənməsi üzrə imzalanmış əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilir. Dünən Ankarada əməkdaşlığın gedişi “KazMunayQaz”ın rəhbəri Asxat Xasenov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında müzakirə olunub.
Qeyd edək ki, 2021-ci ildə Böyük Jambil və digər Xəzər bloklarını BP qiymətləndirsə də, şirkət sonradan korporativ strategiya dəyişikliklərini əsas gətirərək layihələrdən imtina edib. Hazırda TPAO-nun Böyük Jambil üzrə qiymətləndirmə nəticələri və mümkün investisiya qərarı gözlənilir
Trending
- “AzerGold” Kəlbəcərə həsr olunmuş qızıl və gümüş sikkələr təqdim edib
- Brent neftinin qiyməti 97 dollara düşüb
- Gümüşün qiyməti 61 dolları ötüb
- PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
- Sabahdan kredit qaydaları dəyişir: Vətəndaşlar öz adlarına onlayn kredit rəsmiləşdirilməsini bloklaya biləcək
- ABŞ və Çin ümumilikdə 60 milyard dollar dəyərində mallara tətbiq olunan gömrük rüsumlarını azaldacaq
- Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir
- Avro dollar qarşısında son 3 ayın minimumuna düşüb

