2027-ci il üzrə dövlət büdcəsi və icmal büdcənin layihələri hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
GDP xəbər verir ki, Maliyyə Nazirliyinin hazırladığı büdcə zərfinə dövlət və icmal büdcənin layihələri ilə yanaşı, növbəti üç il üzrə icmal büdcənin göstəriciləri və qanunvericilikdə nəzərdə tutulan digər sənədlər daxil edilib.
Layihələr “Büdcə sistemi haqqında” Qanunun tələbləri və Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli, 71s nömrəli Sərəncamı əsasında hazırlanıb.
Bununla da 2027-ci ilin büdcəsinin hazırlanması prosesinin növbəti mərhələsi başlayıb. Büdcə layihələri Nazirlər Kabinetində müzakirə olunacaq.

