Close Menu
    What's Hot

    BVF: Manatın nominal effektiv məzənnəsi 2%-dən çox möhkəmlənib, iqtisadi artım proqnozu azaldılıb

    24 Oktyabr 2026

    Vergi Xidmətində tələblər: qanunazidd əmrlərə görə məsuliyyət, rəhbərlərin intizam öhdəliyi, şəxsi davranış və xidməti vəsiqədən istifadə qaydaları

    23 Oktyabr 2026

    PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

    23 Oktyabr 2026
    Trending
    • BVF: Manatın nominal effektiv məzənnəsi 2%-dən çox möhkəmlənib, iqtisadi artım proqnozu azaldılıb
    • Vergi Xidmətində tələblər: qanunazidd əmrlərə görə məsuliyyət, rəhbərlərin intizam öhdəliyi, şəxsi davranış və xidməti vəsiqədən istifadə qaydaları
    • PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
    • “Norm” ASC gəlirlərini 6,8% artıraraq 272,9 milyon manata çatdırıb
    • Avropada qazın qiyməti 1 000 kubmetr üçün 1 070 dolları ötüb
    • Varlı investorlar qızıl ehtiyatlarını Sinqapura köçürür: Həcm 16 dəfə artıb
    • ABŞ süni intellekt və yarımkeçirici sektorlarına xarici investisiyaları məhdudlaşdırmağa hazırlaşır
    • ABŞ-ın texnologiya şirkətləri bir gündə təxminən 1,2 trilyon dollar dəyər itirib
    pashabank
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      BVF: Manatın nominal effektiv məzənnəsi 2%-dən çox möhkəmlənib, iqtisadi artım proqnozu azaldılıb

      24 Oktyabr 2026
      Recent

      BVF: Manatın nominal effektiv məzənnəsi 2%-dən çox möhkəmlənib, iqtisadi artım proqnozu azaldılıb

      24 Oktyabr 2026

      PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

      23 Oktyabr 2026

      Dünya mərkəzi bankları qızıl alışını 4 dəfədən çox artırıb

      23 Oktyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi maliyyə savadlılığı üzrə əməkdaşlıq edəcək

      21 Oktyabr 2026

      ABB Invest Daşkənddə neft-qaz layihələrinin maliyyələşdirilməsi təcrübəsini bölüşüb

      21 Oktyabr 2026

      10 min manatlıq PAŞA Bank səhmi nə qədər qazandıra bilər?- RƏQƏMLƏRLƏ İZAH

      17 Oktyabr 2026

      66,3 milyon manatlıq tələbin formalaşdığı PAŞA Bank IPO-su üzrə yeni dividend ödənişi ediləcək

      14 Oktyabr 2026

      Avropada qazın qiyməti 1 000 kubmetr üçün 1 070 dolları ötüb

      23 Oktyabr 2026

      ABŞ süni intellekt və yarımkeçirici sektorlarına xarici investisiyaları məhdudlaşdırmağa hazırlaşır

      23 Oktyabr 2026

      ABŞ-ın texnologiya şirkətləri bir gündə təxminən 1,2 trilyon dollar dəyər itirib

      23 Oktyabr 2026

      Norveçin Dövlət Suveren Sərvət Fondu Türkiyədə pul itirib: 2,2 milyard dollarlıq investisiya yenidən qiymətləndirilir

      23 Oktyabr 2026

      BlackRock-un investisiya yatırdığı Securitize şirkəti Solana blokçeynində tokenləşdirilmiş səhmlər buraxmağa başlayıb

      08 Oktyabr 2026

      WSJ: Ripple Uoll-Strit banklarının ciddi rəqibinə çevrilir

      08 Oktyabr 2026

      Bitkoin 550 milyon dollarlıq mövqelərin məcburi bağlanmasından sonra ucuzlaşıb

      07 Oktyabr 2026

      Binance sorğusu: Azərbaycandakı kripto istifadəçilərinin 70%-dən çoxu ticarətə maraq göstərir

      04 Oktyabr 2026

      Avropada qazın qiyməti 1 000 kubmetr üçün 1 070 dolları ötüb

      23 Oktyabr 2026

      ABŞ süni intellekt və yarımkeçirici sektorlarına xarici investisiyaları məhdudlaşdırmağa hazırlaşır

      23 Oktyabr 2026

      ABŞ-ın texnologiya şirkətləri bir gündə təxminən 1,2 trilyon dollar dəyər itirib

      23 Oktyabr 2026

      Norveçin Dövlət Suveren Sərvət Fondu Türkiyədə pul itirib: 2,2 milyard dollarlıq investisiya yenidən qiymətləndirilir

      23 Oktyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Vergi Xidmətində tələblər: qanunazidd əmrlərə görə məsuliyyət, rəhbərlərin intizam öhdəliyi, şəxsi davranış və xidməti vəsiqədən istifadə qaydaları

      23 Oktyabr 2026
      Recent

      Vergi Xidmətində tələblər: qanunazidd əmrlərə görə məsuliyyət, rəhbərlərin intizam öhdəliyi, şəxsi davranış və xidməti vəsiqədən istifadə qaydaları

      23 Oktyabr 2026

      Maliyyə Monitorinqi Xidmətinin departament rəhbəri Fuad Əliyev: “ŞƏMS sisteminə gündə orta hesabla 25 minə yaxın məlumat daxil olur”

      22 Oktyabr 2026

      Orxan Məmmədov: “Elektron satınalmaların məbləği 12,5% artıb”

      22 Oktyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
    Bank

    PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

    23 Oktyabr 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün “Əlverişli gömrük tənzimləmələri və müvafiq maliyyə məhsulları vasitəsilə KOB-ların idxal-ixrac əməliyyatlarının dəstəklənməsi” mövzusunda tədbir keçirib.

    Tədbirdə beynəlxalq ticarətlə məşğul olan sahibkarların gündəlik fəaliyyətdə qarşılaşdıqları çətinliklər, gömrük qaydaları və qanunvericilikdəki dəyişikliklər, rəqəmsallaşma təşəbbüsləri, logistika prosesləri və maliyyələşmə imkanları müzakirə olunub. Eyni zamanda, yeni tənzimləmə qaydalarının biznes əməliyyatlarına təsiri ətrafında fikir mübadiləsi aparılıb.

    Deloitte Azərbaycanın hüquq üzrə meneceri Şəbnəm Sadıq xarici ticarət əməliyyatlarında tətbiq olunan gömrük qaydaları və qanunvericilikdəki dəyişikliklərə dair təqdimatla çıxış edib. Təqdimatda gömrük auditi institutunun tətbiqi, İntellektual Gömrük İnformasiya Sisteminin (İGİS) imkanları, müvəqqəti saxlanc, ekspres daşınma və gömrük təmsilçiliyi ilə bağlı yeniliklərə toxunulub. Həmçinin gömrük əməliyyatlarının rəqəmsallaşdırılması, elektron xidmətlər, nağdsız ödəniş mexanizmləri və gömrük və vergi orqanları arasında məlumat mübadiləsi ilə bağlı planlaşdırılan dəyişikliklər barədə məlumat verilib.

    Panel müzakirəsində PAŞA Bankın Kredit Risklərinin Anderraytinqi üzrə Aparıcı direktoru Cəlal Quliyev, Kiçik və Orta Sahibkarlıq Bankçılığı üzrə Direktoru Arif Heydərov və Green Tech Qrupun Logistika və Gömrük Əməliyyatları Departamentinin rəhbəri Rüfət Ağayev çıxış ediblər. Çıxışlar zamanı idxal və ixrac əməliyyatlarında yaranan logistika və maliyyə məsələləri, təchizat zəncirinin idarə olunması, yeni gömrük tələblərinə uyğunlaşma və bu dəyişikliklərin biznes fəaliyyətinə təsiri ilə bağlı fikirlər bölüşülüb.

    PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

    Green Tech-in təcrübəsi əsasında məhsulun istehsaldan son istehlakçıya çatdırılması mərhələləri, gömrük rəsmiləşdirilməsi zamanı yarana biləcək çətinliklər, sənədləşmə proseslərinin rolu, eləcə də logistika gecikmələrinin əməliyyat fəaliyyətinə və biznes nəticələrinə təsiri nəzərdən keçirilib. Qeyd olunub ki, logistika və sənədləşmə işlərinin düzgün təşkili xərclərin optimallaşdırılmasına və əməliyyatların fasiləsiz aparılmasına yardım edir.

    Panel çərçivəsində sahibkarların maliyyələşmə ehtiyaclarının təmini məsələləri müzakirə edilib. PAŞA Bankın nümayəndələri faktorinq və ticarətin maliyyələşdirilməsi həlləri, kredit xətləri və akkreditivlərdən istifadə imkanları barədə məlumat veriblər. Bildirilib ki, uyğun maliyyə həllərinin seçilməsi şirkətlərə dövriyyə vəsaitlərini daha səmərəli idarə etməyə və xarici ticarət əməliyyatlarını daha çevik həyata keçirməyə şərait yaradır.

    Tədbirdə PAŞA Bankın Rəqəmsal, KOB və Hibrid Kreditlər üzrə Baş məhsul sahibi Heydər İbrahimov faktorinq məhsuluna aid təqdimatla çıxış edib. Təqdimatda faktorinqin debitor borclarını maliyyələşdirməklə sahibkarların dövriyyə vəsaitlərinə çıxışını sürətləndirdiyi bildirilib. Həmçinin bu həllin ödənişlərin daxil olmasını gözlədikləri müddətdə sahibkarların maliyyə ehtiyaclarının qarşılanmasına və likvidliyin daha səmərəli idarə edilməsinə dəstək verdiyi vurğulanıb.

    Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, beynəlxalq ticarətin inkişaf perspektivləri və sahibkarların fəaliyyət zamanı rast gəldikləri praktiki məsələlər ətrafında müzakirələr aparılıb.

    PAŞA Bank sahibkarların maliyyələşmə imkanlarının genişləndirilməsi və beynəlxalq ticarət fəaliyyətinin dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirir.

    PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    BVF: Manatın nominal effektiv məzənnəsi 2%-dən çox möhkəmlənib, iqtisadi artım proqnozu azaldılıb

    24 Oktyabr 2026

    Dünya mərkəzi bankları qızıl alışını 4 dəfədən çox artırıb

    23 Oktyabr 2026

    SWIFT sistemində dolların payı 50%-dən aşağı düşüb

    22 Oktyabr 2026

    Dövlət Neft Fondu investisiya fəaliyyəti və gəlirlərə təsir edən əsas amilləri açıqlayıb

    22 Oktyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.