“PAŞA Bank” ASC səhmdarlarına növbəti dividend ödənişi həyata keçiriləcək.
Bildirilib ki, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin baş anderrayter qismində iştirak etdiyi PAŞA Bank-ın ilkin kütləvi təklifi (IPO) çərçivəsində səhm əldə edən investorlar da daxil olmaqla, dividend almaq hüququ olan bütün səhmdarlar üçün ödəniş tarixi 30 oktyabr 2026-cı il olaraq müəyyən edilib.
Xatırladaq ki, PAŞA Bank-ın IPO-su ölkədə ilk korporativ ilkin kütləvi təklif kimi tarixə düşüb. Abunə yazılışı zamanı təxminən 18 min unikal investor iştirak edib. Ümumilikdə 66,3 milyon manatlıq sifariş qəbul olunub və təklifə qarşı 129,2 faiz tələb formalaşıb.
Hazırda “PAŞA Kapital İnvestisiya Şirkəti” PAŞA Bank səhmlərinin ikinci bazarda ticarəti üzrə marketmeyker kimi fəaliyyət göstərir.

