Close Menu
    What's Hot

    Rəhbərin reputasiyası: şəxsi məsələ, yoxsa biznes aktivi?

    14 Oktyabr 2026

    Azərbaycanlı ekspert OECD-nin Fransada keçirilən beynəlxalq seminarında iştirak edib

    14 Oktyabr 2026

    Tamerlan Rüstəmov: “Bankların kartdan-karta köçürmələrə görə xidmət haqqı tutmağa başlayacağı gözlənilmir”

    14 Oktyabr 2026
    Trending
    • Rəhbərin reputasiyası: şəxsi məsələ, yoxsa biznes aktivi?
    • Azərbaycanlı ekspert OECD-nin Fransada keçirilən beynəlxalq seminarında iştirak edib
    • Tamerlan Rüstəmov: “Bankların kartdan-karta köçürmələrə görə xidmət haqqı tutmağa başlayacağı gözlənilmir”
    • ABB-nin Özbəkistanda aldığı bankın rəhbərliyi dəyişdirilib
    • Mərkəzi Bankdan ödənişlərlə bağlı açıqlama: Komissiyalar vətəndaşlara şamil olunmur
    • Avropada təbii qazın qiyməti son 4 ilin ən yüksək səviyyəsinə çatıb
    • Azərbaycanda “yaşıl enerji” istehsalı 33 faiz artaraq 4,2 milyard kVt·st-ı ötüb
    • Taleh Kazımov Dünya Bankı və BVF-nin illik toplantılarında iştirak etmək üçün Banqkoka səfərdədir
    pashabank
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Azərbaycanlı ekspert OECD-nin Fransada keçirilən beynəlxalq seminarında iştirak edib

      14 Oktyabr 2026
      Recent

      Azərbaycanlı ekspert OECD-nin Fransada keçirilən beynəlxalq seminarında iştirak edib

      14 Oktyabr 2026

      Tamerlan Rüstəmov: “Bankların kartdan-karta köçürmələrə görə xidmət haqqı tutmağa başlayacağı gözlənilmir”

      14 Oktyabr 2026

      ABB-nin Özbəkistanda aldığı bankın rəhbərliyi dəyişdirilib

      14 Oktyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      NEQSOL Holding Amsterdamda keçiriləcək beynəlxalq tədbirə dəstək verir

      13 Oktyabr 2026

      Ruslan Xəlilov: “Beynəlxalq brokerlər Bakı Fond Birjasına məsafədən üzv ola biləcəklər”

      25 Sentyabr 2026

      Nərmin Bayramlı:“Bakı Fond Birjasının tarif strukturundakı dəyişiklik repo bazarının müddət bölgüsünə təsir edib”

      22 Sentyabr 2026

      Azərbaycanda 5 ildən uzunmüddətli istiqrazların həcmi 5 milyard manata çatıb

      22 Sentyabr 2026

      Avropada təbii qazın qiyməti son 4 ilin ən yüksək səviyyəsinə çatıb

      14 Oktyabr 2026

      Brent markalı neftin qiyməti 105,51 dollara enib

      13 Oktyabr 2026

      Neftin bahalaşması və dolların möhkəmlənməsi Bitcoin və fond bazarlarına təzyiq göstərir

      12 Oktyabr 2026

      Ötən həftə Azərbaycan nefti 5%-ə yaxın bahalaşıb

      12 Oktyabr 2026

      BlackRock-un investisiya yatırdığı Securitize şirkəti Solana blokçeynində tokenləşdirilmiş səhmlər buraxmağa başlayıb

      08 Oktyabr 2026

      WSJ: Ripple Uoll-Strit banklarının ciddi rəqibinə çevrilir

      08 Oktyabr 2026

      Bitkoin 550 milyon dollarlıq mövqelərin məcburi bağlanmasından sonra ucuzlaşıb

      07 Oktyabr 2026

      Binance sorğusu: Azərbaycandakı kripto istifadəçilərinin 70%-dən çoxu ticarətə maraq göstərir

      04 Oktyabr 2026

      Avropada təbii qazın qiyməti son 4 ilin ən yüksək səviyyəsinə çatıb

      14 Oktyabr 2026

      NEQSOL Holding Amsterdamda keçiriləcək beynəlxalq tədbirə dəstək verir

      13 Oktyabr 2026

      Brent markalı neftin qiyməti 105,51 dollara enib

      13 Oktyabr 2026

      Neftin bahalaşması və dolların möhkəmlənməsi Bitcoin və fond bazarlarına təzyiq göstərir

      12 Oktyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycanda “yaşıl enerji” istehsalı 33 faiz artaraq 4,2 milyard kVt·st-ı ötüb

      14 Oktyabr 2026
      Recent

      Azərbaycanda “yaşıl enerji” istehsalı 33 faiz artaraq 4,2 milyard kVt·st-ı ötüb

      14 Oktyabr 2026

      Azərbaycanda 100-dən çox dövlət domeninə qarşı kiberhücum həyata keçirilib

      14 Oktyabr 2026

      Bitkoin bir həftə əvvəl itirdiyi 84 000 dollar səviyyəsini geri qaytarıb

      11 Oktyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Azərbaycanlı ekspert OECD-nin Fransada keçirilən beynəlxalq seminarında iştirak edib
    Bank

    Azərbaycanlı ekspert OECD-nin Fransada keçirilən beynəlxalq seminarında iştirak edib

    14 Oktyabr 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycan Banklar Assosiasiyasının (ABA) aparıcı iqtisadçısı Vüsal Həsənov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Fransada təşkil etdiyi kənd təsərrüfatı sığortası və iqlimə uyğunlaşma üzrə beynəlxalq seminarda iştirak edib.

    GDP.az xəbər verir ki, tədbir 5–6 oktyabr 2026-cı il tarixlərində OECD-nin Fransanın Bulon-Biyankur şəhərində yerləşən ofisində keçirilib.

    Vüsal Həsənov seminara OECD-nin rəsmi dəvəti əsasında qatılıb. Bununla da Azərbaycanın bank sektoru Şərq Tərəfdaşlığı ölkələrində kənd təsərrüfatı sığortası, iqlim risklərinin idarə olunması və yaşıl maliyyələşdirmə məsələləri üzrə beynəlxalq müzakirələrdə təmsil olunub.

    “Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində kənd təsərrüfatı sığortası və iqlimə uyğunlaşma” mövzusuna həsr edilmiş seminar PROGRESS layihəsi çərçivəsində təşkil edilib.

    Tədbirdə Şərq Tərəfdaşlığı ölkələrinin dövlət qurumlarının, beynəlxalq maliyyə institutlarının, sığorta və bank sektorunun, eləcə də akademik dairələrin nümayəndələri iştirak ediblər.

    Seminarın əsas məqsədi iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirlərinin azaldılması, aqrar sığorta mexanizmlərinin təkmilləşdirilməsi və iqlimə davamlı investisiyaların təşviqi olub.

    OECD-nin ilkin təhlillərinə əsasən, region ölkələrində kənd təsərrüfatı sığortası mexanizmləri mövcud olsa da, onlardan istifadə səviyyəsi hələ də aşağıdır. Eyni zamanda, sığorta məhsullarının bank kreditləri, dövlət subsidiyaları və digər maliyyə alətləri ilə kifayət qədər əlaqələndirilməməsi sektorun inkişafını məhdudlaşdıran əsas amillərdəndir.

    İki gün davam edən seminarda beynəlxalq ekspertlər kənd təsərrüfatında iqlim risklərinin idarə olunması, sığorta sistemlərinin maliyyə dayanıqlığı və dövlət-özəl sektor əməkdaşlığı üzrə təcrübələrini bölüşüblər.

    Tədbir çərçivəsində Ermənistan, Moldova və Ukraynada kənd təsərrüfatı sığortasının mövcud vəziyyətinə dair OECD-nin apardığı araşdırmaların ilkin nəticələri də təqdim edilib.

    Müzakirələrdə aqrar sığortanın bank kreditləri ilə inteqrasiyası, fermerlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və iqlimə davamlı kənd təsərrüfatının maliyyələşdirilməsi xüsusi yer tutub.

    Seminarın nəticələri əsasında Şərq Tərəfdaşlığı ölkələrində kənd təsərrüfatı sığortasının inkişafı və iqlimə uyğunlaşma üzrə ölkə yol xəritələrinin hazırlanması nəzərdə tutulur.

    Qeyd edək ki, Azərbaycan da PROGRESS layihəsinin əhatə etdiyi beş ölkədən biridir. 2024–2028-ci illəri əhatə edən və ümumi büdcəsi 20 milyon avro olan layihə Almaniya Federal Hökumətinin Beynəlxalq İqlim Təşəbbüsü çərçivəsində həyata keçirilir.

    Layihənin əsas məqsədi Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada yaşıl kənd təsərrüfatının inkişafına, iqlim dəyişikliklərinə uyğunlaşmaya və dayanıqlı maliyyələşdirmə mexanizmlərinin genişləndirilməsinə dəstək verməkdir.

    Azərbaycanda da aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi aktual məsələlərdəndir. Aqrar Sığorta Fondunun 2025-ci ildə açıqladığı məlumatlara əsasən, ölkədə əkin sahələrinin 30 faizi sığorta ilə əhatə olunub.

    Bu baxımdan, beynəlxalq seminarda müzakirə edilən sığorta və bank maliyyələşdirməsinin əlaqələndirilməsi mexanizmləri Azərbaycanın aqrar sektorunda maliyyə əlçatanlığının artırılması və iqlim risklərinin azaldılması baxımından əhəmiyyət daşıyır.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Tamerlan Rüstəmov: “Bankların kartdan-karta köçürmələrə görə xidmət haqqı tutmağa başlayacağı gözlənilmir”

    14 Oktyabr 2026

    ABB-nin Özbəkistanda aldığı bankın rəhbərliyi dəyişdirilib

    14 Oktyabr 2026

    Mərkəzi Bankdan ödənişlərlə bağlı açıqlama: Komissiyalar vətəndaşlara şamil olunmur

    14 Oktyabr 2026

    Taleh Kazımov Dünya Bankı və BVF-nin illik toplantılarında iştirak etmək üçün Banqkoka səfərdədir

    14 Oktyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.