Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) 2026-cı il üzrə İllik Toplantılarında iştirak etmək məqsədilə Tailandın paytaxtı Banqkok şəhərinə işgüzar səfərə başlayır.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata əsasən, illik toplantılar çərçivəsində Azərbaycan Mərkəzi Bankının nümayəndə heyətinin ölkəmizin də daxil olduğu Seçki Qrupunun toplantısında, eləcə də bir sıra beynəlxalq tədbirlərdə iştirakı nəzərdə tutulur.
Səfər müddətində Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun rəhbər vəzifəli şəxsləri, aparıcı maliyyə-investisiya institutlarının nümayəndələri və beynəlxalq təşkilatların rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.
Görüşlər beynəlxalq maliyyə qurumları ilə əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyət daşıyır.

