Close Menu
    What's Hot

    “Ümid-Babək” yatağının ehtiyatlarının yeni mərhələdə qiymətləndirilməsinə dair sənəd imzalanıb

    16 Aprel 2026

    Dövlət büdcəsinin neft-qaz gəlirləri 2030-cu ilədək 17% azalacaq

    16 Aprel 2026

    AMB Çinin Sənaye və Ticarət Bankı ilə biznes layihələrinin maliyyələşdirilməsini müzakirə edib

    15 Aprel 2026
    Trending
    • “Ümid-Babək” yatağının ehtiyatlarının yeni mərhələdə qiymətləndirilməsinə dair sənəd imzalanıb
    • Dövlət büdcəsinin neft-qaz gəlirləri 2030-cu ilədək 17% azalacaq
    • AMB Çinin Sənaye və Ticarət Bankı ilə biznes layihələrinin maliyyələşdirilməsini müzakirə edib
    • Azərbaycanda büdcə kəsiri 2030-a qədər azalacaq
    • “Rabitəbank” 2026-cı ilin i rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
    • Mülki dövriyyədə radio avadanlıqları: İKTA 5,091 ədəd üçün icazənin lazım olmadığını bildirib
    • Neft Fondu Çin və İndoneziya suveren fondları ilə birgə Çin-ASEAN investisiya platformasında tərəfdaş oldu– 520 milyon dollar cəlb olunub
    • Mərkəzi Bank yenilənmiş 100 manatlıq əsginasları tədavülə buraxır
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      AMB Çinin Sənaye və Ticarət Bankı ilə biznes layihələrinin maliyyələşdirilməsini müzakirə edib

      15 Aprel 2026
      Recent

      AMB Çinin Sənaye və Ticarət Bankı ilə biznes layihələrinin maliyyələşdirilməsini müzakirə edib

      15 Aprel 2026

      “Rabitəbank” 2026-cı ilin i rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

      15 Aprel 2026

      Neft Fondu Çin və İndoneziya suveren fondları ilə birgə Çin-ASEAN investisiya platformasında tərəfdaş oldu– 520 milyon dollar cəlb olunub

      15 Aprel 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb

      14 Aprel 2026

      Azərbaycanda 500 min manat kapital ilə yeni broker şirkət yaradılıb

      07 Aprel 2026

      Bakı Fond Birjasında qiymətli kağızların ticarətinə icazə verilməsi üçün yeni listinq qaydaları açıqlanıb

      06 Aprel 2026

      İlyas Nuriyev “Troni İnvestisiya Şirkəti” QSC-nin direktor müavini təyin edilib

      06 Aprel 2026

      Qlobal birjaların son göstəriciləri

      13 Aprel 2026

      Atəşkəs dalğası Wall Street-də: Neft şirkətləri gerilədi, aviadaşıyıcılar yüksəldi

      08 Aprel 2026

      Neft kəskin ucuzlaşdı, bitkoin və qızıl yüksəldi-qlobal bazarlarda qarışıq mənzərə

      08 Aprel 2026

      Kriptovalyuta, səhm, valyuta və əmtəə bazarında son vəziyyət

      08 Aprel 2026

      Morgan Stanley-in Bitcoin ETF-i ilk gündə 34 milyon dollar cəlb edib

      09 Aprel 2026

      Ethereum-da sabit kriptovalyutaların həcmi 10,3 milyard dollar artıb

      07 Aprel 2026

      ​Polymarket platformasında texniki boşluq treyderə 600 min dollar qazandırdı

      30 Mart 2026

      Bitcoin istehsal edən saat yaradıldı

      16 Mart 2026

      İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb

      14 Aprel 2026

      Qlobal birjaların son göstəriciləri

      13 Aprel 2026

      Morgan Stanley-in Bitcoin ETF-i ilk gündə 34 milyon dollar cəlb edib

      09 Aprel 2026

      Atəşkəs dalğası Wall Street-də: Neft şirkətləri gerilədi, aviadaşıyıcılar yüksəldi

      08 Aprel 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      “Ümid-Babək” yatağının ehtiyatlarının yeni mərhələdə qiymətləndirilməsinə dair sənəd imzalanıb

      16 Aprel 2026
      Recent

      “Ümid-Babək” yatağının ehtiyatlarının yeni mərhələdə qiymətləndirilməsinə dair sənəd imzalanıb

      16 Aprel 2026

      Dövlət büdcəsinin neft-qaz gəlirləri 2030-cu ilədək 17% azalacaq

      16 Aprel 2026

      Azərbaycanda büdcə kəsiri 2030-a qədər azalacaq

      15 Aprel 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » İqtisadiyyat » 555,5 milyon manat kəsiri olan dövlət büdcəsi necə xərclənib ki,kəsir yaranıb? OPERATIV MƏLUMAT
    Bu günün xəbərləri

    555,5 milyon manat kəsiri olan dövlət büdcəsi necə xərclənib ki,kəsir yaranıb? OPERATIV MƏLUMAT

    28 Yanvar 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Dövlət büdcəsi 

    2024-cü ildə dövlət büdcəsinin gəlirləri 37 milyard 164,2 milyon manat, xərcləri 37 milyard 719,7 milyon manat olmuş, 555,5 milyon manat məbləğində dövlət büdcəsinin kəsiri (defisit) yaranmışdır. 

    Dövlət büdcəsinin gəlirləri. 2024-cü ildə dövlət büdcəsinin gəlirləri 36 milyard 388 milyon manat proqnoza qarşı 37 milyard 164,2 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 776,2 milyon manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 5,5 faiz və ya 1927,8 milyon manat çoxdur.

    Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri proqnoza nisbətən 3,3 faiz çox icra edilməklə 24 milyard 383,2 milyon manat təşkil etmişdir. 

    2024-cü ilin dövlət büdcəsinin gəlirlərinin 15 milyard 808 milyon manatı və ya 42,5 faizi vergi və rüsumlar üzrə daxilolmalarının, 12 milyard 781 milyon manatı və ya 34,4 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 6 milyard 648,7 milyon manatı və ya 17,9 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 547,9 milyon manatı və ya 1,5 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 250 milyon manatı və ya 0,7 faizi Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından daxilolmaların, 37,6 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 1 milyard 21,1 milyon manatı və ya 2,7 faizi sair daxilolmaların, 69,9 milyon manatı və ya 0,2 faizi məqsədli büdcə fondları (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan məqsədli büdcə fondları və Nəqliyyat vasitələrinin utilizasiya fondu) üzrə daxilolmaların payına düşür.

    2024-cü ildə dövlət büdcəsinin gəlirləri üzrə təsdiq edilmiş proqnozdan vergi və rüsumlar üzrə daxilolmalar 538 milyon manat və ya 3,5 faiz, gömrük rüsumları və idxala görə vergi daxilolmaları 213,7 milyon manat və ya 3,3 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 9,6 milyon manat və ya 34,3 faiz, məqsədli büdcə fondları (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan məqsədli büdcə fondları və Nəqliyyat vasitələrinin utilizasiya fondu) üzrə daxilolmalar 33,6 milyon manat və ya 1,9 dəfə, sair gəlirlər üzrə daxilolmalar isə 264,4 milyon manat və ya 34,9 faiz çox, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 283,1 milyon manat və ya 34,1 faiz az təmin edilmişdir.

    2024-cü il dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 57,5 faizini və ya 11 milyard 27,5 milyon manatını vergi və rüsumlar üzrə daxilolmalar, 34,6 faizini və ya 6 milyard 648,7 milyon manatını gömrük rüsumları və idxala görə vergi daxilolmaları, 2,9 faizini və ya 547,9 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 1,3 faizini və ya 250 milyon manatını Mərkəzi Bankın mənfəətindən daxilolmalar, 0,2 faizini və ya 37,6 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 0,4 faizini və ya 69,9 milyon manatını məqsədli büdcə fondları (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan məqsədli büdcə fondları və Nəqliyyat vasitələrinin utilizasiya fondu) üzrə daxilolmalar, 3,1 faizini və ya 613,0 milyon manatını sair daxilolmalar təşkil edir.

    Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 17 milyard 969,6 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 200,6 milyon manat və ya 1,1 faiz çoxdur. 

    2024-cü ilin dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 26,6 faizi və ya 4 milyard 780,5 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmalar, 2,3 faizi və ya 408 milyon manatı sair daxilolmalar, 71,1 faizi və ya 12 milyard 781 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edir.

    Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olunmuş neft-qaz gəlirlərinin 49,0 faizi və 2 milyard 341 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 37,1 faizi və ya 1 milyard 774,5 milyon manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 13,9 faizi və ya 665 milyon manatı “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergisi təşkil edir.

    Dövlət büdcəsinin xərcləri. 2024-cü il ərzində dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilmişdir.

    2024-cü ildə dövlət büdcəsinin xərcləri 37 milyard 719,7 milyon manat və ya təsdiq olunmuş proqnoza qarşı 2 milyard 22,6 milyon manat (5,1 faiz) az icra edilmişdir. Hesabat ilində icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 94,9 faizini təşkil edir.

    2024-cü il dövlət büdcəsi xərclərinin 21 milyard 800,3 milyon manatı və ya 57,8 faizi cari xərclərə (2023-cü illə müqayisədə 1 milyard 532,2 milyon manat və ya 7,6 faiz çox), 14 milyard 623,8 milyon manatı və ya 38,8 faizi əsaslı xərclərə (2023-cü illə müqayisədə 383,5 milyon manat və ya 2,6 faiz az), 1 milyard 295,6 milyon manatı və ya 3,4 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2023-cü illə müqayisədə 113,1 milyon manat və ya 9,6 faiz çox) yönəldilmişdir.

    2024-cü il üzrə funksional təsnifata müvafiq olaraq iqtisadi fəaliyyət xərcləri 98,0 faiz və ya 9 milyard 701,2 milyon manat, səhiyyə xərcləri 97,9 faiz və ya 1 milyard 827,5 milyon manat, təhsil xərcləri 96,5 faiz və ya 4390,1 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 96,0 faiz və ya 361,9 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 95,9 faiz və ya 319,5 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 94,9 faiz və ya 6 milyard 563,6 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 94,7 faiz və ya 4 milyard 151,3 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 92,8 faiz və ya 2 milyard 809,8 milyon manat, kənd təsərrüfatı xərcləri 91,6 faiz və ya 1 milyard 102,1 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 90,9 faiz və ya 4 milyard 115,2 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 90,5 faiz və ya 1 milyard 880,4 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 86,4 faiz və ya 497,1 milyon manat təşkil etmişdir.

    2024-cü ildə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 4 milyard 855,8 milyon manat vəsaitin 99,4 faizi və ya 4 milyard 828,5 milyon manatı sifarişçi təşkilatlar tərəfindən, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 98,5 faizi və ya 2 milyard 771,1 milyon manatı istifadə olunmuşdur.

    Ehtiyat fondları

    2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış 245,2 milyon manat vəsaitin 244,9 milyon manatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdim edilməklə maliyyələşməsi həyata keçirilmişdir. Açılmış maliyyələşmənin 99,9 faizi müvafiq qurumlar tərəfindən icra edilmiş, o cümlədən Bakı və Sumqayıt şəhərlərinin ərazisində avtomobil yollarının əsaslı təmirinə, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyinin göstərilməsinə, Xankəndi şəhərində abadlıq və bərpa-quruculuq işlərinin davam etdirilməsinə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması məqsədilə limanın genişləndirilməsinə, dini qurumlara maliyyə yardımının göstərilməsinə, Bakı şəhərində “Dini Liderlərin Qlobal Sammiti”nin təşkilinə və digər tədbirlərin icrasına sərf olunmuşdur.

    2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən dövlət büdcəsinin ehtiyat fondundan 471,6 milyon manat vəsait ayrılmış, həmin vəsaitin 470,4 milyon manatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdim edilməklə maliyyələşməsi həyata keçirilmişdir. Açılmış maliyyələşmənin 99,7 faizi müvafiq qurumlar tərəfindən icra edilmiş, o cümlədən respublikanın bir sıra şəhər və rayonlarında avtomobil yollarının əsaslı təmiri və yenidənqurulması işlərinin həyata keçirilməsinə, hesabat ilinin noyabr ayında Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) ilə bağlı hazırlıq tədbirləri çərçivəsində Bakı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsinə, 2025-ci ilin 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək “Osaka, Kansai Ekspo 2025” Ümumdünya Sərgisində Azərbaycan Respublikasının təmsil olunması ilə bağlı milli pavilyonun qurulması tədbirlərinə, Bərdə, Goranboy və Masallı şəhərlərində yaşayış binalarının tikintisinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin yekunlaşdırılmasına, tibbi avadanlıq və xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınmasına, mühüm strateji obyektlərin etibarlı elektrik enerjisi ilə təmin olunmasına və digər tədbirlərin icrasına yönəldilmişdir.

    Dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər, dövlət borcunun vəziyyəti

    2025-ci il 1 yanvar tarixinə dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 milyard 295,6 milyon manat məbləğində xərclər nəzərdə tutulmuşdur. 2024-cü il ərzində qeyd olunan xərclərdən daxili dövlət borcu üzrə 170,3 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə isə 1 milyard 125,2 milyon manatın (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat), cəmi 1 milyard 295,5 milyon manatın ödənilməsi təmin edilmişdir. 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulan dövlət borcuna xidmətlə əlaqədar xərclərin il ərzində qənaət olunmuş 0,1 milyon manat (bank xərci) məbləğində hissəsi isə “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanunun 13.2.4-cü maddəsinə uyğun olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”na köçürülmüşdür.

    Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2025-ci il 1 yanvar tarixinə xarici dövlət borcunun səviyyəsi 5 milyard 160 milyon ABŞ dolları və ya 2024-cü il üzrə ÜDM-in 6,9 faizini təşkil edir.

    Dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü daxili borclanma siyasətinin həyata keçirilməsi nəticəsində daxili dövlət borcunun səviyyəsi operativ məlumatlara əsasən 2025-ci il 1 yanvar tarixinə 18 milyard 659,7 milyon manat təşkil etmişdir.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    “Ümid-Babək” yatağının ehtiyatlarının yeni mərhələdə qiymətləndirilməsinə dair sənəd imzalanıb

    16 Aprel 2026

    Dövlət büdcəsinin neft-qaz gəlirləri 2030-cu ilədək 17% azalacaq

    16 Aprel 2026

    Azərbaycanda büdcə kəsiri 2030-a qədər azalacaq

    15 Aprel 2026

    Mülki dövriyyədə radio avadanlıqları: İKTA 5,091 ədəd üçün icazənin lazım olmadığını bildirib

    15 Aprel 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.