1800-ə yaxın namizəd arasından seçilmiş 33 təcrübəçinin Mərkəzi Bankda 2 ay boyunca davam edən maraqlı və həyəcanlı səyahəti başa çatıb.
GDP xəbər verir ki, tədbir zamanı təcrübəçilərimiz daha öncədən komandalara bölünərək hazırlamış olduqları layihələri münsiflərin diqqətinə çatdırıb. Mərkəzi Bankın rəhbər heyətinin təmsil olunduğu münsiflər heyəti ən uğurlu layihəni qiymətləndirərək komandanı mükafatlandırılıblar.
Məzun günü təcrübəçilər üçün daha bir məqamla yadda qalıb. Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımov tədbirə qatılaraq iştirakçılara ən səmimi arzularını çatdırıb. Sədr təcrübəçiləri maraqlandıran sualları da cavabsız qoymadı. O, öz təcrübəsindən ən maraqlı xatirələri bölüşərək gəncləri çağırışlardan çəkinməməyə, daha cəsarətli olmağa və peşəkar inkişafa önəm verərək inamla irəliləməyə səslənib.








