Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün Quba şəhərində “Yaşıl maliyyə” mövzusunda təlim keçirib.
GDP xəbər verir ki, 20-yə yaxın media nümayəndəsinin iştirakı ilə baş tutan təlimdə yaşıl maliyyə alətləri və infrastrukturu, dayanıqlılıq prinsipləri və bu sahədə beynəlxalq təcrübələr üzrə məlumatlar əhatə olunub. Təlim çərçivəsində Mərkəzi Bankın dayanıqlı maliyyə sahəsindəki strateji prioritetləri və təşəbbüsləri də diqqətə çatdırılıb. Təlim sual-cavab sessiyası ilə tamamlanıb.
Daha sonra media nümayəndələrinin Mərkəzi Bankın Quba Regional Mərkəzinə və Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil olunub.