8 ay ərzində ölkədə 33 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 8,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 18,1 milyard kubmetri “Şahdəniz”, 1,1 milyard kubmetri “Abşeron”, 5,1 milyard kubmetri SOCAR üzrə hasil olunub.
GDP Energetika Nazirliyinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrünə nisbətən təqribən 0,8 milyard kubmetr artımla qaz hasil edilib.
Məlumata görə, bu dövrdə xaricə qaz satışı 16,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 3,1 faiz çoxdur. Avropaya 8,4 milyard kubmetr, Türkiyəyə 6,5 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 3,7 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 sentyabr 2024-cü il tarixinədək 643 milyon ton neft (kondensatla birlikdə), 452,2 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 595,8 milyon ton neft, 225 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 47,2 milyon tona yaxın kondensat, 227,2 milyard kubmetr qaz hasil olunub.
Bu yataqlardan indiyə kimi 641,2 milyon ton neft (kondensatla birlikdə), 162 milyard kubmetrə yaxın qaz ixraca nəql edilib.