Cari əməliyyatlar balansı(CƏB) 2024-cü ilin altı ayının yekunlarına görə profisitlə yekunlaşmışdır. 2024-cü ilin altı ayı ərzində Azərbaycanın Cari əməliyyatlar balansının profisit 2.6 milyard dollar təşkil edib.
GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun qurumun Statistika departamentinin direktoru Samir Nəsirov deyib.
O bildirib: “Bu profisit ümumi daxili məhsulun 7.5%-i həcminə bərabərdir. Həmçinin qeyd etmək istəyirəm ki, neft qaz sektoru üzrə profisitimiz 6.9 milyard dollar həcmində, qeyri neft qaz sektoru üzrə kəsirimiz. 4.3 milyard dollar həcmində olmuşdur.”
Samir Nəsirov qeyd edib ki, cari əməliyyatlar balansında formalaşan 2.6 milyard dollarlıq profisit, xarici ticarət balansında və təkrar gəlirlər balansında formalaşmış profisitin xidmətlər və ilkin gəlirlər balansındakı kəsiri örtməsi ilə əlaqədar olmuşdur.