Kapital və maliyyənin hərəkəti balansında 2.2 milyard dollarlıq kəsir yaranıb.
GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun qurumun Statistika departamentinin direktoru Samir Nəsirov deyib.
O bildirib ki, bu kəsirin formalaşma səbəbi ölkədə fəaliyyət göstərən dövlət, özəl neft, qaz, qeyri neft, qaz müəssisələrinin böyük maliyyə öhdəliklərindən azad olmasıdır.
Samir Nəsirovun sözlərinə görə, bu dövrdə Azərbaycan Respublikası olaraq biz böyük maliyyə öhdəliklərini ödəmişik, böyük borclardan azad olmuşuq.