Mərkəzi Bankın Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsi (DBMS) tərəfindən Rio-de-Janeyro şəhərində keçirilən 8-ci Qlobal Toplantıda çıxış edib.
GDP xəbər verir ki,Rüstəm Tahirov Mərkəzi Bankın DBMS və digər beynəlxalq tərəfdaşlarla birgə “Dayanıqlı maliyyə taksonomiyalarının harmonizasiyası üzrə Yol Xəritəsi”nin hazırlanması təşəbbüsünə dair təqdimatla çıxış edərək bu istiqamətdəki ətraflı müzakirələrə qatılıb.
Qeyd edək ki, dayanıqlı maliyyə taksonomiyalarının harmonizasiyası vasitəsilə ölkələr arasında yaşıl investisiya təsnifatının uyğunlaşdırılmasının təmin edilməsi hədəflənir. Bu da, öz növbəsində institusional investisiyaların dayanıqlı və yaşıl layihələrə, xüsusilə transsərhəd investisiyalara yönəldilməsini sürətləndirəcək.