2025-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir.
GDP Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, 2023-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,6 % çox və 0,2 % azdır. Beləliklə dövlət büdcəsində 3 milyard 51,6 milyon manat kəsir formalaşır.