Tədiyə balansının cari əməliyyatlar hesabında 2024-cü ilin ilk 6 ayında 2.6 mlrd. ABŞ dolları və ya ÜDM-in 7.5%-i səviyyəsində profisit olub.
GDP xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının Faiz dəhlizinin parametrləri haqqında press-relizində bildirilir.
Qeyd edilib ki, cari hesabın başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin ilk 8 ayında 5.5 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Ölkənin strateji valyuta ehtiyatları 8 ayda 6.1% artaraq 72.6 mlrd. ABŞ dollarına çatıb.