Azərbaycan Mərkəzi Bankı (AMB) “Greentek Group” MMC-yə və “Payriff” QSC-yə elektron pul təşkilatı, “Fizza Pay” və “Kabox” MMC-lərə isə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.
GDp xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Lisenziya “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir