Azərbaycan Mərkəzi Bankı (AMB) bankların kəşbək kampaniyalarının onların maliyyə dayanıqlığına mənfi təsir göstərdiyi halda, xərclərin optimizasiyası istiqamətində göstəriş verə biləcəyini açıqlayıb.
GDP.Az xəbər verir ki, bunu AMB-nin baş direktoru Toğrul Əliyev qurumun “2024-cü ilin yarım illiyinə həsr olunan Maliyyə sabitliyi” hesabatının təqdimatında bildirib.
Toğrul Əliyev qeyd edib ki, kəşbək məbləğləri bankların daxili biznes modellərinə uyğun qərarlara əsaslanır. Əgər xərc-zərərin təhlili nəticəsində bankların maliyyə dayanıqlığına təhlükə yarada biləcək hallar baş verərsə, Mərkəzi Bank banklara bu sahədə optimizasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı göstəriş verə bilər. Xərclərin artması maliyyə sabitliyini təhdid edərsə, bu addımın atılması mümkün olacaq.