2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 612,2 milyon manatının və yaxud 1,6 %-nin səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
GDP xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,7 % çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.