Yaşıl iqtisadiyyata keçid olmadığı təqdirdə uzun müddətli dayanıqlı iqtisadi inkişafı təmin edə bilmərik.
GDP xəbər verir ki, bunu Yaşıl maliyyə və Dayanıqlı İnkişaf Forumunda Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov deyib.
Kazımov vurğulayıb ki, yaşıl iqtisadiyyata keçid ölkə iqtisadiyyatının gələcək prioritetlərindən biri olmalıdır. Bu keçid, yalnız ekoloji davamlılıq üçün deyil, həm də iqtisadi inkişafa töhfə vermək üçün zəruridir.O, yaşıl iqtisadiyyata keçidin əsas elementlərindən biri kimi yaşıl maliyyənin yaradılması, inkişafı və genişləndirilməsi məsələsini də önə çəkib.
Taleh Kazımovun sözlərinə görə, bu, ekoloji risklərin azaldılmasına və dayanıqlı inkişaf hədəflərinə nail olmağa kömək edəcək.