Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirakı ilə əlaqədar olaraq İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-relizin yayımlanması öncədən təyin olunmuş 30 oktyabr tarixindən 1 noyabr 2024-cü il saat 10:00-a keçirilir.
GDP xəbər verir ki, həmin gün saat 11:00-da Mərkəzi Bankda mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.