Cari ildə valyuta bazarında sabitlik qorunub və Mərkəzi Bankın təşkil etdiyi hərraclarda bütün tələblər qarşılanıb.
GDP xəbərinə görə Mərkəzi Bankın bu barədə olan məlumatında qeyd olunur li, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərsə də, ötən ay dövlət layihələri, müdafiə və digər strateji əhəmiyyətli xərclərin maliyyələşdirilməsi üçün 424 milyon ABŞ dolları həcmində xüsusi satış həyata keçirilib.Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları 10 ay ərzində 241 milyon dollar azalıb. Bu satış 2023-cü ildə valyuta bazarından alınmış 2.1 milyard dollar hesabına aparılıb.Qeyd edək ki, valyuta satışı əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verir və bu da ortamüddətli dövrdə makroiqtisadi dayanıqlığı dəstəkləyir.