Hazırkı monetar siyasət inflyasiyanın hədəf diapazonu (4±2%) daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib.
GDP xəbər verir ki, Mərkəzi Bankın baza ssenarisinə əsasən, 2024-cü ilin sonu və 2025-ci il üçün illik inflyasiyanın hədəf çərçivəsində qalacağı gözlənilir.Yenilənmiş oktyabr proqnozları göstərir ki, illik inflyasiya növbəti iki il ərzində də hədəf diapazonundan kənara çıxmayacaq – 2024-cü ilin sonuna 5.1%, 2025-ci ildə isə 5.8% səviyyəsində olacağı gözlənilir.