Avropa təbii qaz fyuçersləri meqavatt-saat üçün 39.4 avrodan aşağı səviyyədə qərarlaşıb. Bu, oktyabrın 25-də qeydə alınmış 11 aylıq zirvə olan 43.6 avrodan kəskin geriləməni əks etdirir.
GDP xəbər verir ki, geriləmənin əsas səbəbi təchizatın kifayət qədər olacağı ilə bağlı yeni gözləntilərdir.
Məlumatlara görə, kommunal xidmətlər və alıcılar Azərbaycanla, cari ilin sonunda Ukrayna boru kəmərləri ilə bağlı mövcud müqavilənin başa çatmasından sonra Rusiya qazının Avropaya nəqlinin davam etdirilməsi ilə bağlı razılığa yaxınlaşırlar.
Bu, yaxın perspektivdə təchizatı təmin edəcək və mayeləşdirilmiş təbii qaz idxalından asılılığın artması ilə bağlı narahatlıqları azaldacaq.
Eyni zamanda, Avropada qış yaxınlaşdığı bir vaxtda qeyri-adi isti hava şəraiti qazla işləyən istilik sistemlərinə olan mövsümi tələbatı aşağı səviyyədə saxlayıb. Bu isə qitənin qaz anbarlarının qış mövsümü ərəfəsində 95% dolu qalmasına imkan verib.
Bununla belə, Yaxın Şərqdəki geosiyasi gərginliklərin davam etməsi qiymətlərin daha da aşağı düşməsinin qarşısını alır.