Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov mətbuat konfransında məzənnə siyasəti ilə bağlı açıqlama verib.
GDP -nin məlumatına görə, T.Kazımov bildirib ki, AMB-nin əsas məqsədi məzənnə rejimi deyil, makroiqtisadi sabitliyin təmin edilməsidir. “Bu vəzifəyə təyin olunandan həmişə qeyd etmişəm ki, bizim əsas məqsədimiz məzənnə rejimi deyil, makroiqtisadi sabitliyin təmin edilməsidir. Makroiqtisadi sabitliyin təmin edilməsi üçün biz hansı rejimi daha çox müvafiq görürüksə, o rejimdə də qalacağıq”, – deyə AMB sədri vurğulayıb.
Onun sözlərinə görə, hazırkı monetar şəraitə orta və uzunmüddətli dövrdə nəzər saldıqda AMB sabit məzənnə rejimini makroiqtisadi sabitliyin təmin edilməsi üçün yeganə rejim kimi görür.