Heyvan bazarları kənd təsərrüfatına yararsız torpaq sahələrində olmaqla ara məsafələri gözlənilməklə yerləşdirilir:
avtomobil yollarından – 30 metr;
fermalardan – 200 metr;
su hövzələrindən – 100 metr;
sənaye müəssisələrindən – 100 metr;
yaşayış binalarından – 100 metr;
Heyvan bazarlarında xidmət göstərən dayanacaqlar, istirahət meydançaları, ictimai-iaşə və digər xidmət obyektləri bazarın hasarla sərhədlənmiş əsas ərazisinin xaricində yaradılmalıdır.
Bu ərazinin 4 tərəfi minimum 1.5 metr hündürlükdə, heyvanların hərəkətinin qarşısını alabilən material ilə hasarlanmalıdır. İnsanlar və nəqliyyat vasitələri üçün ayrı giriş-çıxış qapıları olmalı və dezobaryerlər quraşdırılmalıdır.