Azərbaycanda əsas kapitala yatırılan investisiyalar bu ilin yanvar-oktyabr aylarında 14,4 milyard manat olub. Bu, 2023-ün eyni dövrü ilə müqayisədə 4,4% azdır.
GDP xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə neft-qaz sektoruna investisiyalar 9,1%, qeyri-neft sektoruna isə 2% azalıb.
İnvestisiyaların 7,3 milyard manatı (50,8%) istehsal sahələrinə, 5,2 milyard manatı (35,9%) xidmət sektoruna, 1,9 milyard manatı (13,3%) isə mənzil tikintisinə yönəldilib. Ümumi sərmayələrin 11,9 milyard manatını və ya 83%-ni daxili investisiyalar təşkil edib.
Qeyd edək ki, tikinti-quraşdırma işlərinə 10,4 milyard manat və ya ümumi investisiyaların 72,3%-i sərf olunub.