Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2024-cü ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 31 milyard 542,5 milyon manat vəsait daxil olmuşdur.
Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd edilib ki, büdcədən 28 milyard 108,2 milyon manat vəsait xərclənib.
Büdcənin icrasında 3 milyard 434,3 milyon manatlıq profisit (artıqlıq) yaranıb.