COP29 çərçivəsində keçirilən “Dayanıqlı və Rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənarda” mövzusunda Nazirlərin dəyirmi masasında çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanın Orta Dəhliz boyunca rəqəmsal həllərin tətbiqi ekoloji dayanıqlılığın gücləndirilməsindən danışıb.
GDP xəbər verir ki, nazirin sözlərinə görə, bu məqsədlə hazırlanan rəqəmsal nəqliyyat və logistika informasiya sistemi dəhliz boyunca yüklərin izlənməsi və idarə edilməsində tam şəffaflıq təmin edəcək.
“İnvestisiyalarımız və beynəlxalq tərəfdaşlıqlarımız Orta Dəhlizi dayanıqlı, səmərəli və davamlı nəqliyyat modelinə çevirməyə yönəlib. Bu səylər təkcə Azərbaycana deyil, dəhlizə cəlb olunmuş bütün ölkələrə fayda verəcək”, – deyə nazir əlavə edib.