Bazarlarda vergi nəzarəti gücləndirilir. Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bazarlarda fəaliyyət göstərən sahibkarlar üçün yeni tələblər müəyyənləşdirilməsi təklif edilir.
GDP xəbər verir ki, təklif edilən dəyişikliyə görə, bazar obyektlərinin girişində sahibkarın adı və VÖEN-i göstərilməlidir. Kənd təsərrüfatı məhsulları bazarları və kooperativ bazarları bu tələbdən azad edilib.
Bazar mülkiyyətçilərinə vergi uçotuna keçid üçün 6 aylıq müddət verilib.
Vergi yoxlamalarının müddəti dəqiqləşdirilib və xarici dövlətlərdən məlumat daxil olduğu hallarda yoxlama 5 illik dövrü əhatə edə bilər.