Mərkəzi Bankın Ödəniş sistemləri və hesablamalar departamentinin direktoru Fuad Səbzəliyev “Turan E- ticarət və E-ixracat Forumu”ndakı çıxışında elektron ticarət və ödəniş sistemlərinin əhəmiyyətindən danışaraq vurğulayıb ki, müxtəlif ölkələr üçün bu sahə getdikcə daha böyük strateji əhəmiyyət kəsb edir.
Səbzəliyev bildirib ki, elektron ticarət bazarında ödəniş əməliyyatları üzrə hesablaşma sistemləri və fintex şirkətlərinin fəaliyyəti son dərəcə vacibdir.
Onun sözlərinə görə, Mərkəzi Bankın əsas prioritetlərindən biri bazarın son iştirakçıları olan istifadəçilərin hüquqlarının qorunması, eyni zamanda bazar iştirakçıları arasında bərabər hüquqların və güclü rəqabət mühitinin formalaşdırılmasıdır.”Mərkəzi Bank olaraq, bu istiqamətdə bizə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirməyə çalışırıq. Qısa zamanda görülən işlərin nəticələri bazar iştirakçıları tərəfindən açıq şəkildə görüləcəkdir”, – deyə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablamalar departamentinin direktoru vurğulayıb.
Fuad Səbzəliyev qeyd edib ki, elektron ticarət sektorunun inkişafı üçün şəffaf, ədalətli və rəqabətli bir mühitin yaradılması hazırda prioritet məsələlərdən biridir.