Azərbaycan Mərkəzi Bankının Strategiya və layihə idarəetməsi, habelə Risklərin idarə edilməsi departamentlərinin nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankına işgüzar səfər həyata keçirib.
GDP xəbər verir ki,səfər zamanı maliyyə qurumlarının nümayəndələri strateji planlaşdırma, layihə və risk idarəçiliyi sahəsində geniş fikir mübadiləsi aparıblar. Tərəflər ən müasir beynəlxalq bank praktikalarını, təcrübə və innovativ yanaşmaları müzakirə edərək, qarşılıqlı əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər.
Görüş zamanı hər iki qurumun nümayəndələri müasir bank idarəetməsinin aktual məsələləri, risklərin qiymətləndirilməsi metodologiyaları və strategəji planlaşdırma prinsipləri haqqında ətraflı fikir mübadiləsi aparıblar.
Bu səfər Azərbaycan və BƏƏ mərkəzi banklarının beynəlxalq əməkdaşlığının möhkəmləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir