Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınan mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 160 milyon 277,7 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
GDP xəbər verir ki,bu göstərici, 2024-cü ilin yanvar-oktyabr aylarında ödənilmiş ƏDV-nin 145 milyon 803 min manat ilə müqayisədə 14 milyon 474,7 min manat və ya, təxminən 9,9% artıb.