2024-cü ilin ilk 9 ayı ərzində cari əməliyyatlar balansında 4.0 milyard ABŞ dolları məbləğində profisit qeydə alınıb.
GDP Mərkəzi Bankın yayımladığı “2024-cü ilin 9 ayı üzrə Tədiyə Balansı”na istinadən xəbər verir ki, Azərbaycanın tədiyə balansında müxtəlif xarici mühit faktorlarının təsiri müşahidə olunub.
Bununla yanaşı, kapital və maliyyənin hərəkəti balansında, əsasən maliyyə öhdəliklərinin azalması ilə əlaqədar, 3.6 milyard ABŞ dolları həcmində kəsir yaranmışdır.
Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları 200 milyon ABŞ dolları artıb. Hesabat dövründə xam neftin orta qiyməti isə 86 ABŞ dolları/barel olub ki, bu da iqtisadi sabitliyə müsbət təsir göstərib.