OPEC ardıcıl dördüncü dəfə olaraq 2024-cü il üçün neftə tələbat proqnozunu yenidən azaldıb.
GDP xəbər verir ki, bu dəfə göstərici bir anda 210 min barel/gün azaldılaraq 1,61 milyon barel/gün səviyyəsinə endirilib. 2025-ci il üçün tələbat artımı proqnozu isə cəmi 10 min barel/gün azaldılaraq 1,45 milyon barel/gün səviyyəsində müəyyən edilib.