Analitik şirkətlər Vortexa, Kpler və bazar iştirakçılarının məlumatlarına əsasən, keyfiyyəti Urals neftinə uyğun olan Qazaxıstan şirkətlərinə məxsus Kebco markalı neftin dəniz yolu ilə ixracı ilin ilk 10 ayının yekunlarına görə ötən ilin eyni dövrü ilə müqayisədə gündəlik 23 min barel (939 min ton) azalaraq 179 min barel/gün (7,57 milyon ton) təşkil edib.
Kebco neftinin əsas hissəsi hələ də Aralıq və Qara dəniz limanlarına göndərilir. Lakin cari ildə bu markanın partiyaları yalnız Avropa İttifaqı ölkələrinə çatdırılmış, Türkiyəyə tədarük isə dayandırılmışdır.