Cari ilin noyabr ayının sonuna Azərbaycan Mərkəzi Bankının Bankın valyuta ehtiyatları 10.9 milyard ABŞ dolları təşkil edib.
GDP Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici beynəlxalq kifayətlilik normalarını əhəmiyyətli dərəcədə üstələyir.
Mərkəzi Bankın hazırkı valyuta ehtiyatları 3 aylıq mal və xidmət idxalından 2 dəfə çoxdur. Bu ehtiyat səviyyəsi valyuta bazarında sabitliyin qorunması üçün etibarlı baza təmin edir.
Bundan əlavə, cari əməliyyatlar hesabında proqnozlaşdırılan profisit, 2025-ci ildə də valyuta bazarındakı sabitliyin davam edəcəyinə dair nikbinlik yaradır. Oktyabr ayında açıqlanan proqnoza əsasən, 2025-ci ildə cari əməliyyatlar hesabının profisiti 5.5 milyard ABŞ dolları təşkil edəcək.