Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Qarabağda işğal illərində vurduğu zərərin təqribən 150 milyard dollardan çox olduğunu açıqlayıb.
GDP xəbər verir ki,bu barədə Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə bildirib.
Prezident qeyd edib ki, vurulmuş zərərin ətraflı təhlili və sənədləşdirilməsi son 4 ildə başa çatdırılıb. “Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub,” – deyə o vurğulayıb.
Prezident İlham Əliyev qarşılıqlı iddialardan imtinanın hər iki tərəf üçün daha məqsədəuyğun olduğunu da bildirib: “Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir.”