Close Menu
    What's Hot

    “AzerGold” Kəlbəcərə həsr olunmuş qızıl və gümüş sikkələr təqdim edib

    01 Oktyabr 2026

    Brent neftinin qiyməti 97 dollara düşüb

    01 Oktyabr 2026

    Gümüşün qiyməti 61 dolları ötüb

    01 Oktyabr 2026
    Trending
    • “AzerGold” Kəlbəcərə həsr olunmuş qızıl və gümüş sikkələr təqdim edib
    • Brent neftinin qiyməti 97 dollara düşüb
    • Gümüşün qiyməti 61 dolları ötüb
    • PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
    • Sabahdan kredit qaydaları dəyişir: Vətəndaşlar öz adlarına onlayn kredit rəsmiləşdirilməsini bloklaya biləcək
    • ABŞ və Çin ümumilikdə 60 milyard dollar dəyərində mallara tətbiq olunan gömrük rüsumlarını azaldacaq
    • Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir
    • Avro dollar qarşısında son 3 ayın minimumuna düşüb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir

      30 Sentyabr 2026
      Recent

      PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir

      30 Sentyabr 2026

      Sabahdan kredit qaydaları dəyişir: Vətəndaşlar öz adlarına onlayn kredit rəsmiləşdirilməsini bloklaya biləcək

      30 Sentyabr 2026

      Avro dollar qarşısında son 3 ayın minimumuna düşüb

      29 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Ruslan Xəlilov: “Beynəlxalq brokerlər Bakı Fond Birjasına məsafədən üzv ola biləcəklər”

      25 Sentyabr 2026

      Nərmin Bayramlı:“Bakı Fond Birjasının tarif strukturundakı dəyişiklik repo bazarının müddət bölgüsünə təsir edib”

      22 Sentyabr 2026

      Azərbaycanda 5 ildən uzunmüddətli istiqrazların həcmi 5 milyard manata çatıb

      22 Sentyabr 2026

      Nərmin Bayramlı:”SOCAR istiqrazlarının bazardan çıxması korporativ qiymətli kağızlarla repo əməliyyatlarını azaldıb”

      22 Sentyabr 2026

      Brent neftinin qiyməti 97 dollara düşüb

      01 Oktyabr 2026

      Gümüşün qiyməti 61 dolları ötüb

      01 Oktyabr 2026

      Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir

      30 Sentyabr 2026

      Dollar möhkəmlənir, qızıl ucuzlaşır

      29 Sentyabr 2026

      Belarus ilk iki kriptobankı rəsmi qeydiyyata alıb

      28 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Brent neftinin qiyməti 97 dollara düşüb

      01 Oktyabr 2026

      Gümüşün qiyməti 61 dolları ötüb

      01 Oktyabr 2026

      Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir

      30 Sentyabr 2026

      Dollar möhkəmlənir, qızıl ucuzlaşır

      29 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

      29 Sentyabr 2026
      Recent

      “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

      29 Sentyabr 2026

      “Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı

      29 Sentyabr 2026

      AZAL Naxçıvan reyslərini təxirə saldı

      28 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » İqtisadiyyat » 2025-ci ilin dövlət büdcəsinin proqnoz göstəriciləri
    Bu günün xəbərləri

    2025-ci ilin dövlət büdcəsinin proqnoz göstəriciləri

    01 Yanvar 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025-ci ildə ölkədə ÜDM real ifadədə 3,5 faiz artaraq 129,2 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM real ifadədə 4,9 faiz artaraq 92,2 milyard manat təşkil edəcək. Bu il ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının 71,3 faizə çatacağı gözlənilir. Proqnozlara əsasən, 2025-ci ildə neft-qaz sektoru üzrə ÜDM real ifadədə 0,5 faiz artacaq.

    GDP bu barədə Maliyyə Nazirliyinin 2025-ci ilin dövlət büdcəsinin proqnoz göstəriciləri bağlı təqdim etdiyi “Vətəndaşın Büdcə Bələdçisi” ndə bildirilir.


    Dövlət büdcəsində “Azərilayt” markalı xam neftin və təbii qazın qiyməti proqnozlara müvafiq olaraq bir barel üçün 70 ABŞ dolları və 1 min kubmetr üçün 242 ABŞ dolları qəbul edilməklə hesablanıb.

    İqtisadiyyat Nazirliyinin baza ssenarisinə görə, 2025-ci ildə orta illik inflyasiya göstəricisi 4,6 faiz, 2026-2028-ci illərdə isə illik orta hesabla 3,9 faiz səviyyəsində proqnozlaşdırılıb. Makroiqtisadi sabitliyin qorunması məqsədilə milli valyutanın məzənnəsinin sabitliyi – manatın ABŞ dollarına qarşı 1,7 manat səviyyəsində qalması dəstəklənəcək.

    Eyni zamanda, iqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhalinin gəlirlərinin real artım tempi 3,5 faiz, 2026-2028-ci illərdə isə orta illik 3,6 faiz səviyyəsində proqnozlaşdırılır.

    Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastrukturların yenidən qurulması, abadlıq-quruculuq işlərinin həyata keçirilməsi nəticəsində bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası iqtisadiyyatın bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yaradacaq.

    Ümumi Daxili Məhsul (ÜDM) və iqtisadi göstəricilər:

    • 2025-ci ildə ÜDM-in real ifadədə 3,5 faiz artaraq 129,2 milyard manat olması gözlənilir.
    • Qeyri-neft-qaz ÜDM real ifadədə 4,9 faiz artaraq 92,2 milyard manata çatacaq.
    • ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payı 71,3 faizə yüksələcək.
    • Neft-qaz sektoru üzrə ÜDM real ifadədə 0,5 faiz artacaq.
    • Dövlət büdcəsində “Azərilayt” markalı neftin bir barelinin qiyməti 70 ABŞ dolları, 1 min kubmetr qazın qiyməti 242 ABŞ dolları hesablanıb.

    İnflyasiya və gəlirlər:

    • Orta illik inflyasiya göstəricisi 2025-ci ildə 4,6 faiz səviyyəsində proqnozlaşdırılır.
    • Əhalinin gəlirlərinin real artım tempi 3,5 faiz olacaq.
    • Əhalinin xərclərinin real artım tempi 3,4 faiz təşkil edəcək.
    • Makroiqtisadi sabitlik qorunaraq milli valyutanın məzənnəsi sabit tutulacaq (1 ABŞ dolları = 1,7 manat).

    Neft və qeyri-neft sektoru:

    • 2025-ci ildə neft-qaz sektoru üzrə gəlirlər 18 milyard 773 milyon manat, qeyri-neft-qaz sektoru üzrə gəlirlər 19 milyard 583 milyon manat proqnozlaşdırılır.
    • Neft sektoru üzrə gəlirlərin əsas mənbələri:
      • Dövlət Neft Fondunun transfertləri – 14 milyard 481 milyon manat.
      • Vergi orqanları xətti ilə daxilolmalar – 3 milyard 830 milyon manat.
      • SOCAR üzrə dividendlər – 462 milyon manat.
    • Qeyri-neft-qaz sektoru üzrə gəlirlərin əsas mənbələri:
      • Vergi orqanlarının xətti ilə daxilolmalar – 11 milyard 670 milyon manat.
      • Gömrük orqanlarının xətti ilə daxilolmalar – 6 milyard 600 milyon manat.

    Dövlət büdcəsinin gəlirləri və xərcləri:

    • 2025-ci ilin dövlət büdcəsi gəlirləri: 38 milyard 356 milyon manat (2024-cü illə müqayisədə 5,4 faiz artım).
    • 2025-ci ilin dövlət büdcəsi xərcləri: 41 milyard 407,6 milyon manat (2024-cü illə müqayisədə 4,2 faiz artım).
    • Dövlət büdcəsinin kəsiri: 3 milyard 051,6 milyon manat (ÜDM-in 2,4 faizi).

    Büdcə xərclərinin əsas istiqamətləri:

    1. Cari xərclər: 24 milyard 753,9 milyon manat (əmək haqqı, sosial müdafiə və təminat xərcləri).
    2. Əsaslı xərclər: 14 milyard 254,1 milyon manat (tikinti, yenidənqurma, infrastruktur layihələri).
    3. Dövlət borcuna xidmətlə bağlı xərclər: 2 milyard 399,6 milyon manat.

    Sosialyönlü xərclər:

    • 2025-ci ildə sosialyönlü xərclər: 16 milyard 932,1 milyon manat (2024-cü illə müqayisədə 9 faiz artım).
      • Əmək haqqı fondu – 9 milyard 722,9 milyon manat.
      • Təqaüdlər və sosial müavinətlər – 4 milyard 964,6 milyon manat.
      • İcbari tibbi sığorta xərcləri – 1 milyard 416,4 milyon manat.

    Təhsil sektoru:

    • Təhsil xərcləri: 4 milyard 937,3 milyon manat (2024-cü illə müqayisədə 8,5 faiz artım).
      • Ümumi təhsil – 2 milyard 347,5 milyon manat.
      • Ali təhsil – 750,7 milyon manat.
      • Məktəbəqədər təhsil – 467,4 milyon manat.

    Digər əsas istiqamətlər:

    • Qarabağ və Şərqi Zəngəzurun bərpası: 4 milyard manat ayrılacaq.
    • Güzəştli mənzil ipotekası: 100 milyon manat.
    • Ərzaq təhlükəsizliyi: 528 milyon manat.
    • Teatr, muzey, kino və simfonik musiqi üzrə ƏDV güzəştləri tətbiq olunacaq.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

    29 Sentyabr 2026

    “Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı

    29 Sentyabr 2026

    AZAL Naxçıvan reyslərini təxirə saldı

    28 Sentyabr 2026

    Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

    28 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.