Close Menu
    What's Hot

    “AzerGold” Kəlbəcərə həsr olunmuş qızıl və gümüş sikkələr təqdim edib

    01 Oktyabr 2026

    Brent neftinin qiyməti 97 dollara düşüb

    01 Oktyabr 2026

    Gümüşün qiyməti 61 dolları ötüb

    01 Oktyabr 2026
    Trending
    • “AzerGold” Kəlbəcərə həsr olunmuş qızıl və gümüş sikkələr təqdim edib
    • Brent neftinin qiyməti 97 dollara düşüb
    • Gümüşün qiyməti 61 dolları ötüb
    • PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
    • Sabahdan kredit qaydaları dəyişir: Vətəndaşlar öz adlarına onlayn kredit rəsmiləşdirilməsini bloklaya biləcək
    • ABŞ və Çin ümumilikdə 60 milyard dollar dəyərində mallara tətbiq olunan gömrük rüsumlarını azaldacaq
    • Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir
    • Avro dollar qarşısında son 3 ayın minimumuna düşüb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir

      30 Sentyabr 2026
      Recent

      PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir

      30 Sentyabr 2026

      Sabahdan kredit qaydaları dəyişir: Vətəndaşlar öz adlarına onlayn kredit rəsmiləşdirilməsini bloklaya biləcək

      30 Sentyabr 2026

      Avro dollar qarşısında son 3 ayın minimumuna düşüb

      29 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Ruslan Xəlilov: “Beynəlxalq brokerlər Bakı Fond Birjasına məsafədən üzv ola biləcəklər”

      25 Sentyabr 2026

      Nərmin Bayramlı:“Bakı Fond Birjasının tarif strukturundakı dəyişiklik repo bazarının müddət bölgüsünə təsir edib”

      22 Sentyabr 2026

      Azərbaycanda 5 ildən uzunmüddətli istiqrazların həcmi 5 milyard manata çatıb

      22 Sentyabr 2026

      Nərmin Bayramlı:”SOCAR istiqrazlarının bazardan çıxması korporativ qiymətli kağızlarla repo əməliyyatlarını azaldıb”

      22 Sentyabr 2026

      Brent neftinin qiyməti 97 dollara düşüb

      01 Oktyabr 2026

      Gümüşün qiyməti 61 dolları ötüb

      01 Oktyabr 2026

      Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir

      30 Sentyabr 2026

      Dollar möhkəmlənir, qızıl ucuzlaşır

      29 Sentyabr 2026

      Belarus ilk iki kriptobankı rəsmi qeydiyyata alıb

      28 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Brent neftinin qiyməti 97 dollara düşüb

      01 Oktyabr 2026

      Gümüşün qiyməti 61 dolları ötüb

      01 Oktyabr 2026

      Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir

      30 Sentyabr 2026

      Dollar möhkəmlənir, qızıl ucuzlaşır

      29 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

      29 Sentyabr 2026
      Recent

      “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

      29 Sentyabr 2026

      “Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı

      29 Sentyabr 2026

      AZAL Naxçıvan reyslərini təxirə saldı

      28 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » İqtisadiyyat » Rəşad Nəbiyev: “Kütləvi daşımanı təmin edə biləcək metro və dəmir yolları infrastrukturunun genişləndirilməsi tələb olunur”
    Bu günün xəbərləri

    Rəşad Nəbiyev: “Kütləvi daşımanı təmin edə biləcək metro və dəmir yolları infrastrukturunun genişləndirilməsi tələb olunur”

    30 Yanvar 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “Görülən işlərlə yanaşı, ictimai nəqliyyatın payının 60 faizə çatdırılması üçün kütləvi daşımanı təmin edə biləcək metro və dəmir yolları infrastrukturunun genişləndirilməsi tələb olunur. Qeyd edim ki, bu istiqamətdə görüləcək işlər Bakı şəhərinin Baş planına uyğunlaşdırılmışdır. Bu, həmçinin Sizin verdiyiniz digər tapşırığa – şəhərin inkişafına, polisentrik yanaşmaya uyğun həyata keçiriləcəkdir. Digər mütərəqqi Sərəncamınızla yaradılan AZCON daxilində sərnişindaşıma xidmətini həyata keçirən dövlət müəssisələrinin bir araya gətirilməsi onların keyfiyyətli və balanslaşdırılmış sərnişindaşıma təcrübəsini yaratmalarına xidmət edir”.

    GDP xəbər verir ki, bunu, Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyilə keçirilmiş nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib. 

    Nazir çıxışında deyib ki, ölkə iqtisadiyyatının sürətlə böyüməsi və əhalinin rifah səviyyəsinin yüksəldilməsi avtomobilləşmənin kəskin artmasına səbəb olmuşdur:

    “Sərnişindaşımanın yaxşılaşdırılması, yollarda tıxacların azaldılması, şəhərin ekoloji vəziyyətinin yüngülləşdirilməsi və dövlət investisiyalarının səmərəliliyinin artırılması ilə bağlı verdiyiniz tapşırığa uyğun olaraq “Bakı şəhərinin mobilliyinin transformasiyası” layihəsinə başlanılmışdır. Layihənin koordinasiyası Sizin müvafiq Fərmanınızla yaradılmış Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən həyata keçirilir. Son ilyarım ərzində şəhər nəqliyyatı sisteminin yaxşılaşdırılması sahəsində əldə edilmiş uğurlar Şurada təmsil olunan Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin konstruktiv əməkdaşlığı sayəsində mümkün olmuşdur.

    Möhtərəm cənab Prezident, dünyanın bütün iri şəhərlərində olduğu kimi, iqtisadi və demoqrafik artım fonunda Bakının nəqliyyat sistemi bir çox çağırışlarla üzləşməkdədir. Bu çağırışlara cavab olaraq dünya şəhərləri “avtomobil mərkəzli şəhər” yanaşmasından “insan yönümlü” yanaşmaya keçid etməkdədir. Təbii ki, bu keçid təkcə dövlət tənzimlənməsindən asılı deyil. Burada şəhər sakinlərinin nəqliyyat davranışlarının dəyişməsi də vacibdir. Uzun müddət digər nəqliyyat növlərinə fokuslanan və vərdiş halını almış davranışın dəyişməsi isə zaman tələb edir. Lakin şəhərin nəqliyyat sisteminə olan tələb və təklifin proaktiv idarə edilməsi bu zamanı qısalda bilər. Bunun üçün bir tərəfdən nəqliyyat sisteminin yetərli təklifi təmin edilməlidir. Başqa sözlə, küçə və yol infrastrukturu optimal təşkil edilməli, avtobusların sayı yetərli olmalı, dəmir yolu və metro infrastrukturu genişləndirilməlidir. Digər tərəfdən isə dövlət tənzimlənməsi vasitəsilə parklanma tariflərinin müəyyənləşdirilməsi, avtobus zolaqlarına riayət olunmamasına görə cərimələrin tətbiqi və tələbin idarə edilməsinə yönələn digər tələblər yeni nəqliyyat vərdişlərinin mənimsənilməsinə gətirib çıxarır. Məsələn, mikromobillik, yəni, skuterlər və velosipedlər üçün uyğun infrastrukturun olmaması mikromobilliyin təhlükəli nəqliyyat vasitəsi kimi qavranılmasına və vərdişin, ümumiyyətlə, yaranmamasına səbəb olur. Halbuki aparılmış tədqiqatlar göstərmişdir ki, velosipedlə edilən hər 9 milyon səfərdən yalnız biri ölümlə nəticələnir.

    Nazir mobilliyin transformasiyası çərçivəsində görülmüş işlərlə bağlı bir neçə rəqəmi məruzə edib:

    “Avtobusla sərnişindaşıma tezliyinin artırılması, hərəkət sürətinin təmin edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi üçün 112 kilometr uzunluğunda avtobus zolaqları çəkilmişdir. Yollarda hərəkətin tənzimlənməsi ilə əlaqədar qanunvericilik təşəbbüsünə verdiyiniz dəstək nəticəsində avtobus zolaqları tələbinə əməl edilməsi, qanunsuz parklanmanın azaldılması təmin olunmuşdur. Eyni zamanda, gündəlik xəttə çıxan avtobus sayı 1750-dən 2160-a qədər artırılmışdır. Bu islahatların məntiqi nəticəsi kimi əhali arasında avtobuslara inam artmış, islahatlar başladığı zamanla müqayisədə Bakı və şəhərətrafı ərazilərdə daşımalar 41 milyon və yaxud 9 faiz artmışdır.

    Analoji islahatlar taksi xidməti üzrə də həyata keçirilmişdir. İslahatlardan öncə xidmət keyfiyyəti və təhlükəsizliklə bağlı ictimaiyyətdə haqlı narazılıqlar mövcud idi. İslahatlar nəticəsində taksilərin sayı 67 mindən 30 minə, taksilərin orta yaşı isə 15-dən 8-ə endirilmişdir. Ən başlıcası isə şəhər mərkəzinə doğru sıxlıq yaradan qısa məsafəyə səfərlərin sayı kəskin azalmışdır, təxminən 32 faiz. Avtomobil yönümlü şəhərlərin insan yönümlü şəhərlərə keçidi məqsədilə atılan digər mühüm addım parklar və yaşıl dəhlizlərin yaradılması ilə bağlıdır. Xaqani bağının ərazisi yan yollar hesabına genişləndirilmiş, metronun “28 May” stansiyası ətrafında isə park konseptli hab yaradılmışdır. İçərişəhərə və Əziz Əliyev küçəsinə giriş məhdudlaşdırılmışdır”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

    29 Sentyabr 2026

    “Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı

    29 Sentyabr 2026

    AZAL Naxçıvan reyslərini təxirə saldı

    28 Sentyabr 2026

    Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

    28 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.