Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov fond bazarının əsas iştirakçıları ilə görüş keçirib.
GDP xəbər verir ki,görüşdə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası, Bakı Fond Birjası, Milli Depozit Mərkəzi və investisiya şirkətlərinin rəhbərləri iştirak ediblər.
Tərəflər 2023-cü ildə kapital bazarlarında əldə edilən nəticələri və investisiya şirkətlərinin fəaliyyətini müzakirə ediblər. Eyni zamanda, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində kapital bazarlarının inkişafı istiqamətində görülən işlər və bu bazarların dayanıqlılığının artırılması üçün irəli sürülən təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.

