Mərkəzi Bankın nümayəndələri “SABAH.HUB” İnnovasiya Mərkəzində iştirak edərək, xüsusi tənzimləmə rejimi çərçivəsində innovativ maliyyə məhsullarının sınağı ilə bağlı geniş təqdimat keçiriblər.
GDP xəbər verir ki,tədbirdə iştirakçılar üçün xüsusi tənzimləmə rejiminin məqsədi, müraciətlərin qiymətləndirilməsi meyarları və sınaq prosesinin əsas mərhələləri barədə ətraflı məlumatlar paylaşılıb.
Xatırladaq ki, Mərkəzi Bank xüsusi tənzimləmə rejimi vasitəsilə innovativ maliyyə məhsullarının istifadəçilər üçün daha təhlükəsiz və əlçatan olmasını təmin etməklə yanaşı, maliyyə inklüzivliyinin genişləndirilməsinə dəstək verir. Bu, ölkədə finansal sektorun inkişafına və yeni texnologiyaların tətbiqinə yönəlmiş bir addım kimi qiymətləndirilir.
Hazırda xüsusi tənzimləmə rejiminin ikinci dövrü üçün müraciətlərin qəbulu prosesi davam edir. Qeyd olunan müraciətlər “Xüsusi Tənzimləmə Rejiminin Tətbiqi Qaydası”nın 4.2-ci bəndində göstərilən sənədlər və məlumatlar əsasında hazırlanmalıdır. Maraq sahibləri bu sənədləri xüsusi internet səhifəsi (sandbox.cbar.az) vasitəsilə və ya yazılı şəkildə 15 fevral 2025-ci il tarixinədək Mərkəzi Banka təqdim edə bilərlər.
Bu addım, Azərbaycanınmalyyə sektorunda yenilikçi həllərin inkişafı və tətbiqi istiqamətində atılan vacib addımlardan biridir. Mərkəzi Bankın təşəbbüsü ilə həyata keçirilən bu proses, innovasiyanın sürətləndirilməsi və müştərilər üçün yüksək keyfiyyətli maliyyə xidmətlərinin təmin edilməsi məqsədi daşıyır.

