Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Dünya Bankının birgə təşkilatçılığı ilə “Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi və bu sahədə potensialın artırılması” mövzusunda təlimlərin açılış sessiyası keçirilib.
GDP xəbər verir ki, tədbirdə Ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) tətbiqi və proqram əsaslı büdcə mexanizminə keçid islahatları müzakirə edilib. Maliyyə Nazirliyinin, Dünya Bankının və İsveçrənin mütəxəssisləri islahatların sürətləndirilməsi məqsədilə gələcək tədbirlərin vacibliyini vurğulayıblar.
İştirakçılar, həmçinin OMXÇ-nin dövlət maliyyəsinin idarə olunmasında necə təsirli bir alət olduğunu və təkmilləşdirilmiş büdcə mexanizminin tətbiqi üçün növbəti addımların atılacağını müzakirə ediblər. Tədbirin sonunda islahatlara cəlb olunmuş təşkilat nümayəndələri üçün nəzəri-metodoloji və praktiki təlimlər təşkil ediləcəyi bildirilib.