Close Menu
    What's Hot

    Xəyaləddin Tağıyev: “Maliyyə xidmətlərində növbəti mərhələ intellektual maliyyədir”

    23 Noyabr 2026

    Layihənin görünməyən tərəfi- Toğrul Xəlilov yazır

    23 Noyabr 2026

    PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib

    23 Noyabr 2026
    pashabank
    Trending
    • Xəyaləddin Tağıyev: “Maliyyə xidmətlərində növbəti mərhələ intellektual maliyyədir”
    • Layihənin görünməyən tərəfi- Toğrul Xəlilov yazır
    • PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
    • Dövlətin gəlir və xərclərinin idarə olunmasında yeniliklər olacaq– Sahil Babayev tapşırıqlar verdi
    • Azərbaycanda kart fırıldaqçılığının həcmi 74,91% artaraq 5 milyon manatı ötüb
    • PAŞA Bankın Baş Maliyyə İnzibatçısı Murad Süleymanov: “Layihələrin maliyyələşməsi ölkəyə, layihəyə və əməkdaşlığa inamdan irəli gəlir”
    • “PashaPay”in keçmiş biznes üzrə baş direktoru “Innovance Consultancy”nin Azərbaycan üzrə direktoru təyin edilib
    • “Rabitəbank” virtual oyunlar üzrə ödənişləri mobil tətbiqinə inteqrasiya etməyi planlaşdırır-Baş direktordan açıqlama
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Xəyaləddin Tağıyev: “Maliyyə xidmətlərində növbəti mərhələ intellektual maliyyədir”

      23 Noyabr 2026
      Recent

      Xəyaləddin Tağıyev: “Maliyyə xidmətlərində növbəti mərhələ intellektual maliyyədir”

      23 Noyabr 2026

      PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib

      23 Noyabr 2026

      Azərbaycanda kart fırıldaqçılığının həcmi 74,91% artaraq 5 milyon manatı ötüb

      23 Noyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Bakı Fond Birjasında dövriyyə 32% azaldı, əqdlərin sayı 110% artdı, yerli qiymətli kağızlar bazarının strukturu dəyişdi

      06 Noyabr 2026

      “PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını yerləşdirib

      30 Oktyabr 2026

      Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş

      26 Oktyabr 2026

      “PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi maliyyə savadlılığı üzrə əməkdaşlıq edəcək

      21 Oktyabr 2026

      Brent markalı neftin qiyməti bir barel üçün 90,94 dollara düşüb

      20 Noyabr 2026

      Neft yenidən ucuzlaşıb

      17 Noyabr 2026

      Goldman Sachs: Qızılın qiyməti 2028-ci ilədək yeni tarixi maksimuma çatacaq

      17 Noyabr 2026

      Azərbaycan nefti ilin əvvəlindən 56% bahalaşıb-İnfoqrafika

      15 Noyabr 2026

      133 milyon dollardan çox kriptoaktiv oğurluğu Fransanın bank qrupu ilə əlaqələndirilir

      04 Noyabr 2026

      Binance-də mümkün zərər 6,3 milyard dollar qiymətləndirilir-bütün itkilər qarşılanacaq

      30 Oktyabr 2026

      Binance-ə 5,8 milyard dollarlıq haker hücumu iddiası: vəsaitlərin bir hissəsinin dondurulduğu bildirilir

      30 Oktyabr 2026

      Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb

      25 Oktyabr 2026

      Brent markalı neftin qiyməti bir barel üçün 90,94 dollara düşüb

      20 Noyabr 2026

      Neft yenidən ucuzlaşıb

      17 Noyabr 2026

      Goldman Sachs: Qızılın qiyməti 2028-ci ilədək yeni tarixi maksimuma çatacaq

      17 Noyabr 2026

      Azərbaycan nefti ilin əvvəlindən 56% bahalaşıb-İnfoqrafika

      15 Noyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Dövlətin gəlir və xərclərinin idarə olunmasında yeniliklər olacaq– Sahil Babayev tapşırıqlar verdi

      23 Noyabr 2026
      Recent

      Dövlətin gəlir və xərclərinin idarə olunmasında yeniliklər olacaq– Sahil Babayev tapşırıqlar verdi

      23 Noyabr 2026

      Azərbaycan elektron hökumətin inkişafına görə dünyada 38-ci yerə yüksəlib- BMT

      20 Noyabr 2026

      Azərbaycanda poçt operatorlarının şikayət indeksi və cavablandırma müddətləri açıqlanıb

      18 Noyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Ləğv prosesində olan bankların kredit ödənişləri artıq MilliÖn, AniPay, M10, Azərpoçt, ABB və Kapital Bank mobildə
    Bank

    Ləğv prosesində olan bankların kredit ödənişləri artıq MilliÖn, AniPay, M10, Azərpoçt, ABB və Kapital Bank mobildə

    14 Fevral 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Xidmət keyfiyyətinin artırılması istiqamətində mütəmadi yeni layihələrin təqdimatını həyata keçirən Əmanətlərin Sığortalanması Fondu xidmət çeşidliyini artırmaq və müştərilərinin rahatlığını təmin etmək üçün yeniliklər tətbiq etməyə davam edir.
    GDP xəbər verir ki,ləğv prosesində olan (LPO) bankların müştəriləri kredit ödənişlərini Azərbaycanda geniş ödəniş terminal şəbəkəsinə malik olan MilliÖn ödəniş sistemi və terminalları, habelə AniPay, M10, ABB və “Kapital Bank” ASC-nin mobil tətbiqi vasitəsilə artıq günün 24 saatı, həftənin 7 günü bütün ölkə ərazisində, filiallara getmədən, növbə gözləməyə vaxt itirmədən çevik şəkildə həyata keçirə biləcəklər. Qeyd edək ki, onlayn ödəniş sistemləri və terminalları ödəniş zamanı müştəridən heç bir komissiya haqqı tutmur. Evdən çıxmadan ödənişlərinizi tətbiq və ya sayt üzərindən də həyata keçirə bilərsiniz. Digər üstünlük isə sözügedən ödəniş terminallarının AZN valyutası ilə yanaşı, ABŞ dolları və Avro əskinaslarını qəbul edə bilməsidir.
    LPO bankların fiziki şəxs olan müştəriləri identifikasiya nömrəsi (Fin kod), hüquqi şəxslər isə VÖEN-dən istifadə etməklə kredit ödənişlərini AniPay, M10, ABB və “Kapital Bank” ASC-nin mobil tətbiqləri, habelə MilliÖn onlayn ödəniş sistemi və ya terminalları vasitəsilə həyata keçirə biləcəklər. Borcalanlar AniPay, MilliÖn və M10 ödəniş sistemlərində bank xidmətlərinə daxil olub Əmanətlərin Sığortalanması Fondunu seçib ödəniş edə bilərlər. ABB-yə aid mobil tətbiqdən istifadə zamanı isə müştərilər ödənişlər bölməsini seçib, “Kredit” alt bölməsinə daxil olduqdan sonra Fondun adını seçərək ödənişi tamamlaya bilərlər. Həmçinin “Kapital Bank” ASC-nin mobil tətbiqinə daxil olduqdan sonra ödənişlər bölməsini seçib “Dövlət” alt bölməsinə daxil olub Fondu seçdikdən sonra qeyd edilən şəkildə ödənişi başa çatdırmaq olar.
    Əlavə olaraq bildiririk ki, müştərilər üçün kredit ödənişlərinin əlçatanlığının təmin edilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondu “Azərpoçt” MMC ilə də əməkdaşlığa başlamışdır. Ləğv prosesində olan bankların müştəriləri bütün ölkə ərazisində, ucqar kəndlərdə belə kredit ödənişlərini sürətli, çevik və daha asan şəkildə ödəyə biləcəklər. Qeyd edək ki, artıq LPO bankların müştəriləri Azərpoçt məntəqələrinə yaxınlaşaraq ödəniş etdikləri bankın adını və öz şəxsiyyət vəsiqələrini, fərdi identifikasiya nömrəsini (FİN) təqdim etməklə Manat, ABŞ dolları və Avro valyutalarında kredit ödənişlərini həyata keçirə bilərlər.
    Məlumat üçün qeyd edək ki, ödəniş terminallarında metal puldan istifadə və pulun qalığının qaytarılması imkanı nəzərdə tutulmamışdır. Bu səbəbdən ödəniş edərkən dəqiq məbləği ödəməyiniz tövsiyə edilir.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Xəyaləddin Tağıyev: “Maliyyə xidmətlərində növbəti mərhələ intellektual maliyyədir”

    23 Noyabr 2026

    PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib

    23 Noyabr 2026

    Azərbaycanda kart fırıldaqçılığının həcmi 74,91% artaraq 5 milyon manatı ötüb

    23 Noyabr 2026

    PAŞA Bankın Baş Maliyyə İnzibatçısı Murad Süleymanov: “Layihələrin maliyyələşməsi ölkəyə, layihəyə və əməkdaşlığa inamdan irəli gəlir”

    22 Noyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.