Azərbaycan Mərkəzi Bankında “SWIFT” təşkilatının nümayəndə heyəti ilə kommersiya banklarının və maliyyə qurumlarının nümayəndələrindən ibarət “SWIFT” İstifadəçilər Qrupunun birgə görüşü keçirilib.
Görüş zamanı “SWIFT” təşkilatının cari və gələcək fəaliyyət proqramları, strateji hədəfləri, həmçinin “G20” ölkələrinin transsərhəd ödənişləri ilə bağlı məqsədləri müzakirə edilib.
Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov, tədbirdə çıxış edərək, ödəniş sistemlərində aparılan islahatlar və strateji prioritetlər haqqında məlumat verib. O, maliyyə qurumlarının “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” ilə yaxından tanış olmasının əhəmiyyətini vurğulayıb.
Xəlilov həmçinin banklarla yanaşı, Mərkəzi Bank tərəfindən lisenziya almış elektron pul və ödəniş təşkilatlarının da “SWIFT” şəbəkəsinə qoşulmasını fintex sahəsinin inkişaf göstəricisi və maliyyə sektorundakı yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib.
Tədbirdə həmçinin ölkədə ödəniş əməliyyatlarının dinamikası, milli ödəniş infrastrukturunun mövcud vəziyyəti, “ISO20022” beynəlxalq standartına keçid prosesi və ödəniş xidmətlərinin inkişaf perspektivləri müzakirə olunub.