2024-cü il ərzində Milli ödəniş sistemi vasitəsilə emal olunan əməliyyatların həcmi 760.2 milyard manat təşkil edib ki, bu da ölkə ÜDM-nin 6 mislinə bərabərdir. Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) “Rəqəmsal Ödənişlər İcmalı”nda məlumat verilir.
İcmalda qeyd olunur ki, gündəlik ödənişlərin həyata keçirilməsində əsas ödəniş aləti kimi debet və kredit kartlarından istifadə genişlənib. Bu kartlarla ölkə daxilində aparılan nağdsız ödənişlərin həcmi 2023-cü illə müqayisədə 61% artaraq 78.9 milyard manata çatıb.