Qazaxıstan Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Abılkasımovanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
Səfər çərçivəsində Mərkəzi Bankın sədri Taleh Kazımov ilə keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Taleh Kazımov “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası” və bu çərçivədə həyata keçirilən strateji təşəbbüslər barədə qonaqları məlumatlandırıb.
Öz növbəsində, Mədinə Abılkasımova maliyyə sabitliyinin təmin olunması, bank və sığorta sahəsində nəzarət təcrübəsi, həmçinin Qazaxıstanda maliyyə bazarlarının tənzimlənməsi barədə ətraflı məlumat verib. Görüşdə Qazaxıstanın rəqəmsallaşma sahəsində həyata keçirdiyi layihələr də təqdim edilib.
Tərəflər qurumlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi perspektivlərini və ikitərəfli maraq doğuran digər məsələləri müzakirə ediblər.