Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında Ümumi Daxili Məhsulun artım və inflyasiya arasındakı əlaqəni açıqlayıb.
“Bizim hesablamalarımız onu göstərir ki, 5%-lik Ümumi Daxili Məhsulunun əldə edilməsi üçün iqtisadiyyatımızda 4%-lik inflyasiya olmalıdır,” – deyə Taleh Kazımov bildirib.
AMB sədrinin sözlərinə görə, bu göstərici plus-minus 2 faiz bəndi həcmində dəyişə bilər.
Qeyd edək ki, Mərkəzi Bank qeyri-neft sektorundakı sabit artımı dəstəkləmək və eyni zamanda inflyasiyanı nəzarətdə saxlamaq məqsədi ilə monetar siyasət alətlərindən, o cümlədən faiz dəhlizi parametrlərindən istifadə edir.