Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bank sektorunda likvidlik vəziyyətini şərh edib.
GDP xəbər verir ki, Kazımov bank sektorunun likvidliklə bağlı problemləri olması barədə fikirlərə qəti şəkildə etiraz edib. “Bank sektorunun likvidliklə bağlı problemləri var fikri yanlışdır. Elə bir şey yoxdur. Bu sözü mən 1 ildən çoxdur eşidirəm,” – deyə AMB sədri bildirib.
Taleh Kazımov əlavə edib ki, əgər maliyyə sektorunda likvidlik problemi olsaydı, artıq çoxdan böhranlar baş vermiş olardı. AMB sədrinin sözlərinə görə, bank sektorunda likvidlik vəziyyəti normal səviyyədədir.